“Finlandiya ölkənin NATO-ya daxil olması ilə bağlı tezliklə qərar verəcək” – Sanna Marinbackend

“Finlandiya ölkənin NATO-ya daxil olması ilə bağlı tezliklə qərar verəcək” - Sanna Marin

Finlandiyanın baş naziri Sanna Marin ölkəsinin Şimali Atlantika Alyansına daxil olması ilə bağlı qərarın tezliklə veriləcəyini bildirib.

KONKRET.az xəbər verir ki, Sanna Marin yaponiyalı jurnalistlərə müsahibəsində deyib: “Düşünürəm ki, NATO-ya daxil olmaq qərarı çox yaxın gələcəkdə veriləcək”.

Marin həmçinin deyib ki, Ukrayna hadisələri ilə əlaqədar Finlandiya artıq Rusiya ilə əvvəlki kimi münasibətləri davam etdirə bilməyəcək.

Bundan əvvəl Almaniya kansleri Olaf Şolz Finlandiya və İsveçin NATO-ya üzv olmaq qərarına gəldikləri təqdirdə onlara dəstək verəcəyini vəd etmişdi.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev isə qeyd edib ki, İsveç və Finlandiya NATO-ya daxil olarsa, alyansın Rusiya ilə quru sərhədlərinin uzunluğu iki dəfədən çox artacaq.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*