Finlandiya Rusiya ilə sərhəddə 200 kilometrlik qoruyucu səddin tikintisini başa çatdırdıbackend

Finlandiya Rusiya ilə sərhəddə 200 kilometrlik qoruyucu səddin tikintisini başa çatdırdı

Finlandiya Rusiya ilə şərq sərhədində uzunluğu 200 kilometr olan müdafiə hasarının tikintisini tam yekunlaşdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Yle” nəşri yazıb.

Səddin tikintisi bazar ertəsi, sentyabrın 7-də Nuyyamaa sərhəd-keçid məntəqəsi yaxınlığında başa çatıb.

Finlandiyanın daxili işlər naziri Mari Rantanen gələcəkdə səddin uzadılmasının istisna olunmadığını bildirib. O qeyd edib ki, bu cür layihələrin maliyyələşdirilməsi üçün Aİ tərəfindən şərq üzvü olan ölkələrə dəstək göstərilməsinə ehtiyac var.

Nazir vurğulayıb ki, sərhəd təhlükəsizliyini təmin etmək üçün təkcə hasar kifayət deyil, qeyri-qanuni girişin qarşısının alınmasında Sərhəd Təhlükəsizliyi Qanununun da mühüm rolu var. Həmin qanunun qüvvədə olma müddətinin daha iki il uzadılması təklif olunur.

Rantanen həmçinin təhdid vəziyyətində heç bir dəyişiklik baş vermədiyi üçün Finlandiyanın hələlik şərq sərhədindəki keçid məntəqələrini açmağı planlaşdırmadığını bəyan edib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*