Fiqurlu konkisürmə, fizika, ətli dönər, 23 illik evlilik… – Merkel haqda bilmədiyiniz ən maraqlı FAKTLARbackend

Fiqurlu konkisürmə, fizika, ətli dönər, 23 illik evlilik... – Merkel haqda bilmədiyiniz ən maraqlı FAKTLAR

Balaca Angela Kasner 1954 -cü ildə Hamburqda bir keşişin ailəsində anadan olub. Ancaq onun ailəsi dərhal Almaniya Demokratik Respublikasına köçüb. Balaca Merkel fiqurlu konkisürmə ilə məşğul olmağı arzulasa da, onu məşqlərə qəbul etməyiblər.

KONKRET.az xəbər verir ki, Almaniya Kansleri Angela Merkel ali təhsilli bir fizikdir. O 23 ilə yaxındır ki, kimyaçı Joahim Sauer ilə evlidir. Lakin Merkelin ilk həyat yoldaşı fizik Ulriç Merkel olub. Onlar 2004 -cü ildə ayrıldıqlarını açıqlayıblar. Merkel bu barədə danışanda “bir gün əşyalarını yığdı və köçdü” ifadəsini işlətmişdi.

Merkelin ən sevdiyi qiymətli daşlar arasında  mərcan, oniks və qaya bülluru əsas yer tutur. Merkel özünün də dediyi kimi, Alman mətbəxini çox sevir, amma şaurma və dönər onun sevimli yeməyidir. Hətta Angela Berlində, hökumət evinin yerləşdiyi yerdən bir az aralıda kafeyə gedir və orada ətli dönər sifariş verir. Kansler dönəri soussuz, yalnız salat, soğan, pomidor, qırmızı və ağ kələm ilə yeməyi çox xoşlayır.

Merkel öz açıqlamalarında bildirib ki, vəzifədən getdikdən sonra Rusiya Trans-Sibir dəmiryolu ilə səyahət etmək arzusundadır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*