Moskvada özünü bank işçisi kimi təqdim edən bir fırıldaqçı təqaüdçünün hesabından 1 milyon rubldan çox pul oğurlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Moskva” agentliyi Rusiya Daxili İşlər Nazirliyinin Moskva şəhəri üzrə mətbuat xidmətinə istinadən yayıb.
Hadisə yanvarın 30-da axşam baş verib. 1952-ci il təvəllüdlü təqaüdçü polisə müraciət edib və onun bank hesabından oğurluq edildiyini bildirib.
İstintaqın məlumatına görə, naməlum kişi təqaüdçüyə zəng edib və özünü bankın təhlükəsizlik xidmətinin əməkdaşı kimi təqdim edib. Onun pullarının saxlanılmasına kömək etmək istədiyini söyləyib. Əslində isə zərərçəkənin hesabından 1 milyon 51 min 129 rubl oğurlayıb.
Rusiya CM-in 4-cü maddəsinin 158-ci bəndi ilə (“xüsusilə böyük miqdarda törədilən oğurluq”) cinayət işi başlanılıb.
Babək Göyüş
KONKRET.az
