Floydun ölümü ABŞ-dan sonra Britaniyanı da qarışdırdı – Polislə QARŞIDURMA – FOTOLARbackend

Floydun ölümü ABŞ-dan sonra Britaniyanı da qarışdırdı - Polislə QARŞIDURMA - FOTOLAR

ABŞ-da afroamerikalı Corc Floydun öldürülməsinə etiraz edən britaniyalılar Londonda hökumət, Xarici İşlər Nazirliyi və parlament binasının qarşısına toplanıblar.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, etirazçılarla polis arasında qarşıdurma yaranıb.

İnsanların polisi döyməsinin, yerə yıxılan asayiş keşikçilərinin görüntüləri yayılıb.

Etirazlarda “Qaradərililərin həyatı dəyərlidir”, “Ədalət yoxdursa, sülh də yoxdur”, “Britaniya günahsiz deyil” kimi şüarlar səslənib.

Aksiya davam edən zaman koronavirusla bağlı mətbuat konfransı keçirən Böyük Britaniya Baş naziri Boris Conson Corc Floydun matəmini saxladığını və baş verənlərdən dəhşətə gəldiyini deyib.

O, ABŞ Prezidenti Donald Trampa və digərlərinə “iqrçiliyə və zorakılığa aramızda yer yoxdur” mesajını ünvanlayıb.

Londonda şənbə və bazar günləri də etiraz aksiyalarının planlaşdırıldığı bildirilir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*