“Formula-1”: Sıralama turunda Şarl Lekler birinci oldubackend

Formula-1”: Sıralama turunda Şarl Lekler birinci oldu

“Formula-1” üzrə Azərbaycan Qran-prisinin sıralama turu başa çatıb.

KONKRET.az-ın məlumatına görə, 10 komandanın 20 pilotu yürüşün nəticəsinə əsasən sabah keçiriləcək yarışda start xəttində öz yerlərini müəyyənləşdiriblər.

“Ferrari”nin pilotu Şarl Lekler yürüşü birinci pillədə başa vurub. O, 1 dəqiqə 41,359 saniyəlik nəticə ilə dövrədə hamını qabaqlayıb.

Lekleri “Red Bull” komandasından Serxio Peres izləyib. İlk “üçlüy”ü “Red Bull”un digər pilotu Maks Ferstappen qapayıb.

Yürüşün yalnız birinci sessiyasında bir dəfə fasilə yaranıb. Buna Lens Strollun (“Aston Martin”) qəza törətməsi səbəb olub.

Qeyd edək ki, sabah keçiriləcək mərhələ saat 15:00-da başlayacaq. Ondan öncə isə “Formula-2” üzrə yarış baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*