“Fotoları anonim çata göndərib, pul alıblar” – Odessada casusluq edən qadınlar saxlanıldıbackend

“Fotoları anonim çata göndərib, pul alıblar” - Odessada casusluq edən qadınlar saxlanıldı

Ukrayna Təhlükəsizlik Xidməti Odessada hərbi obyektlərin yaxınlığında selfi çəkən üç qadını saxlayıb.

KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, saxlanılan və yaşları 19-23 aralığında olan üç şəhər qadınının yerli kafedə işlədiyi bildirilir.

Müstəntiqlərin sözlərinə görə, onlar şəhəri gəzib və gəzinti adı altında hərbi obyektlərin fotolarını çəkiblər. Onları xüsusilə hərbi qulluqçuların müalicə aldığı hərbi komissarlıqların, tibb müəssisələrinin yeri ilə maraqlanıblar.

Dindirilmə zamanı məlum olub ki, qızlar messencer vasitəsilə anonim çata fotolar göndərib, bunun müqabilində pul alıblar. Ukrayna qanunlarına görə onları ömürlük həbs cəzası gözləyir.

Orxan

KONKRET.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*