Amerikanın “Fox” telekanalı Türkiyənin İstanbulsuz xəritəsini yayımlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti yazıb.
Nəşrin məlumatına görə, “FOX” Türkiyəni Yaxın Şərq xəritəsinə daxil edib, lakin İstanbul Türkiyə xəritəsində yer almayıb.
Nəşr qeyd edib ki, bu yolla Amerika telekanalı böyük təxribat törədib.
Qeyd edək ki, kanal həmçinin Türkiyədə keçirilən prezident seçkiləri və Kahramanmaraşdakı dağıdıcı zəlzələlər zamanı yaydığı yalan xəbərlərlə də cəmiyyətdə fikir ayrılığı yaratmağa çalışıb.
Günel Mikayılova,
KONKRET.az
