Fransa fələstinli qaçqınlara dəstəyi DAYANDIRDIbackend

Fransa fələstinli qaçqınlara dəstəyi DAYANDIRDI

Fransa BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) müvəqqəti olaraq maliyyələşdirməni dayandırıb.

KONKRET.az-ın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırmır, vaxtı gələndə BMT və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərini nəzərə alaraq qərar verəcək”, – məlumatda deyilir.

2023-cü il üçün Paris UNRWA-ya 60 milyon avro ayırıb.

XİN vurğulayıb ki, BMT agentliyinin əməkdaşlarının HƏMAS-ın fəaliyyətində iştirakı ilə bağlı səslənən məlumatlar ciddidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*