Fransada ötən ay həbsxanalardakı məhbusların sayı rekord həddə çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə Fransa Ədliyyə Nazirliyi məlumat yayıb.
Hazırda 74513 məhbus saxlanılır ki, bu da 2022-ci illə müqayisədə 2446 nəfər çoxdur.
Qeyd olunub ki, məhbuslar üçün ölkədə 60 666 yer mövcuddur.
Fransa ədliyyə naziri Erik Düpon-Moretti bildirib ki, iyulun əvvəlində Fransada iğtişaşlar zamanı saxlanılan 2400 nəfərin təxminən 30%-i yetkinlik yaşına çatmayanlar olub.
