Fransa millisinin bombardiri karyerasını başa vurdubackend

Fransa millisinin bombardiri karyerasını başa vurdu

Fransa millisinin forvardı Olivye Jiru milli komandadakı karyerasını başa vurub.

KONKRET.az xəbər verir ki, futbolçu ötən gecə AÇ-2024-ün yarımfinalında İspaniyaya 1:2 uduzduqları görüşdə sonuncu dəfə meydana çıxdığını açıqlayıb.

Oliviye Jiru ilk dəfə 2011-ci ildə milli komanda forması ilə meydana çıxmışdı.

Qeyd edək ki, Olivye Jiru Fransa millisinin forması ilə 137 oyun keçirib və 57 qol vurub.

Xatırladaq ki, Jiru bu göstərici ilə Tiyerri Anrini qabaqlayaraq Fransa millisinin tarixində ən çox qol vurmuş futbolçu olub.

Mənbə: Marca.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*