Fransa prezidenti Azərbaycana nə üçün gəlir? – “Ermənistanda dediklərini Azərbaycanda desə…”backend

Fransa prezidenti Azərbaycana nə üçün gəlir? - "Ermənistanda dediklərini Azərbaycanda desə..."

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanuel Makronun Ermənistandan sonra Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Fransa ilə Azərbaycan arasında münasibətlərin müsbət fonda olmadığını nəzərə alsaq, belə sual yaranır: “Makronun Azərbaycana gəlməkdə məqsədi nədir?”

KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı danışan politoloq Elxan Şahinoğlu Makronun İrəvanda sərgilədiyi mövqeyinin Azərbaycanda təkrarlanmasının mənfi nəticələnəcəyini bildirib:

“Aydındır ki, Makron İrəvanda ermənilərin eşitmək istədiklərini deyəcək. Ancaq Makron anlayır ki, onun bu mövqeyi Azərbaycanı Fransadan daha çox uzaqlaşdırır. O İrəvanda dediklərini Bakıda təkrarlamaq istəyərsə, onun söylədikləri cavabsız qalmayacaq. Bu isə Fransa-Azərbaycan münasibətlərinə əlavə gərginlik gətirəcək. Yox, əgər, Makron Bakıda daha diplomatik ifadələr işlətməyə üstünlük verərsə, bununla iki ölkə arasındakı münasibətləri bir qədər əvvəlki məcrasına qaytara bilər”.

Politoloq Makronun prezidentliyi dövründə Azərbaycan-Fransa münasibətlərinin dəyişməyəcəyini deyib:

“Bütün halarda Makron ermənilərə rəğbətini gizlətmir və həmsədr olaraq “balans” siyasətini çoxdan unudub. Makron prezident olduğu dövrdə Fransa-Azərbaycan münasibətləri normallaşmayacaq və onun Bakıya mümkün səfəri heç nəyi dəyişməyəcək”./Sfera.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*