Fransa Xarici İşlər naziri: “Bu atəşkəs problemin mahiyyətini tənzimləmir”backend

Fransa Xarici İşlər naziri: “Bu atəşkəs problemin mahiyyətini tənzimləmir”

Sabah Moskvada Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Fransa Xarici İşlər naziri Jan İv Le Drianla Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrov arasında görüş keçiriləcək.

KONKRET.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Naziri Jan İv Le Drian Fransa Milli Assambleyasındakı çıxışı zamanı söyləyib. O, qeyd edib ki, “Bir tərəfdən bu atəşkəs minlərlə insanın həyatını xilas etmək üçün lazım idi … Ancaq digər tərəfdən bu atəşkəs problemin mahiyyətini tənzimləmir. Biz sabahkı görüşümüzdə Qarabağ probleminin birdəfəlik həlli istiqamətlərini müzakirə edəcəyik. Əslində müzakirələr bir neçə gündür ki, başlayıb. Prezident Emmanuel Makronla prezident Putin arasında bu barədə telefon danışığı olub. Dünən isə mən ABŞ Dövlət katibi Maykl Pompeo ilə bu məsələni öz aramızda müzakirə etmişik”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*