“Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil”.
KONKRET.az TASS-a istinadla xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi (XİN) ölkə parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamələrinə münasibət bildirib.
Fransa XİN-in nümayəndəsi jurnalistlərlə söhbətində Fransa parlamenti palatalarının Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsini tələb edən qətnamələrini şərh edib.
“Parlamentarilərin bu təşəbbüsü Fransa hökumətinin rəsmi mövqeyi deyil və tamamilə müstəqil şəkildə, hakimiyyət bölgüsü prinsipinə uyğun olaraq qəbul edilib”, – deyə diplomat bildirib.
Onun sözlərinə görə, Fransa hökumətinin mövqeyi hamıya məlumdur. O, xarici işlər naziri Ketrin Kolonnanın “Fransa sülhə nail olmaq fürsətindən istifadə etmək üçün tərəfləri danışıqlarda irəliləməyə təşviq etməyə davam edəcək” ifadələrini xatırladıb.
Xatırladırıq ki, Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) ötən gün ABSURD qətnamə qəbul edib. Bu qətnamədə ölkə hökumətini Azərbaycan nümayəndələrinə qarşı şəxsi sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirməyə çağırıb.
Bundan əvvəl sanksiyaların mümkün tətbiqini nəzərdə tutan qətnamə Senatda (parlamentin yuxarı palatası) qəbul edilib.
Xuraman Etibarlı,
KONKRET.az