Fransa XİN rəhbərindən Azərbaycan və Ermənistan barədə paylaşımbackend

Fransa XİN rəhbərindən Azərbaycan və Ermənistan barədə paylaşım

Fransa Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü alqışlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Tvitter hesabında qeyd edib.

“Dünən – müharibədən bir il sonra baş tutan Ermənistan və Azərbaycan nazirlərinin görüşü müsbət addımdır. Davamlı sülhə nail olmaq üçün biz tam səfərbərik”, – nazir paylaşımında yazıb.

Xatırladaq ki, BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində qarşı tərəfin təşəbbüsü əsasında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev, habelə həmsədrlərin iştirakı ilə Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla görüşləri olub. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*