Fransanın Konstitusiya Şurası 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrə girişini qadağan edən qanunun əsas müddəasını konstitusiyaya zidd hesab edib.
KONKRET.az xəbər verir ki, parlamentin iyulun 21-də qəbul etdiyi qanuna əsasən, 15 yaşdan aşağı istifadəçilərin sosial şəbəkələrə girişinə məhdudiyyətin sentyabrın 1-dən qüvvəyə minməsi nəzərdə tutulurdu.
Lakin Konstitusiya Şurasının qərarına əsasən, bu qadağa ifadə və məlumat yaymaq azadlığına qeyri-mütənasib müdaxilə hesab edilib.
Məhdudiyyətlərin TikTok, Snapchat, X, Instagram və YouTube da daxil olmaqla digər məşhur platformaların sosial funksiyalarına şamil edilməsi nəzərdə tutulurdu.
Beləliklə, Fransada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə ümumi qadağa qüvvəyə minməmiş ləğv edilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
