Fransanın Tulon şəhərində bədbəxt hadisə baş verib.
KONKRET.az xəbər verir ki, bu barədə yerli mediaya prokuror Rafael Balland açıqlama verib.
O bildirib ki, 38 yaşlı qadın və onun yeddi övladından üçü yaşadıqları binanın 13-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Vəfat edən uşaqların altı, beş və dörd yaşlarında olduğu bildirilir. Prokurorluq hazırkı mərhələdə insidentdə kənar şəxsin iştirakını sübut edən hər hansı bir izin aşkarlanmadığını bəyan edib. Ana və üç uşağının binanın qarşısında tapılmasından dərhal sonra hadisə yerinə təcili tibbi yardım və xilasetmə briqadaları cəlb olunub. Onların elə hadisə yerində keçindikləri təsdiqlənib.
Məlumata görə evdə qalan digər dörd uşaq da yetkinlik yaşına çatmayıb. Rəsmilər həmin uşaqların dövlət himayəsinə götürüldüyünü və onlara psixoloji dəstək göstərildiyini açıqlayıblar.
