Fransada milyonlarla avro dəyərində əsər oğurlandıbackend

Fransada milyonlarla avro dəyərində əsər oğurlandı

Fransada dünyanın ən bahalı kitablarından birinin üz qabığı muzeydən oğurlanıb.

KONKRET.az xəbər verir ki, unikal əsərin müəllifi məşhur ispan rəssamı Salvador Dalidir.

150 kiloqram ağırlığında olan “Apokalipsis kitabı”nın unikal üz qabığı Fransanın İssuar şəhərində yerləşən özəl Müasir İncəsənət Mərkəzində saxlanılırdı. Bürüncdən hazırlanmış üz qabığı qızıl, qiymətli daşlar və dəniz ilbizlərinin qabıqları ilə bəzədilib.

Oktyabrın 5-nə keçən gecə üz qabığı yoxa çıxıb. Kitabın səhifələri isə başqa yerdə aşkarlanıb. Unikal perqament səhifələri ilə birlikdə kitabın ümumi çəkisi təxminən 210 kiloqram olub.

Eksponatın dəyəri bir neçə milyon avro qiymətləndirilir. Klermon-Ferran şəhərinin prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb. Prokurorluğun açıqlamasında kitab “böyük dəyərə malik sənət əsəri” adlandırılıb.

Kitab qalereya sahibi Jozef Fore tərəfindən 1958–1961-ci illərdə yalnız bir nüsxədə hazırlanıb. Əsərin əsasını İoannın vəhyi, başqa adı ilə “Apokalipsis” təşkil edir.

Kitabın üz qabığını isə Salvador Dali hazırlayıb.

1961–1972-ci illər arasında bu unikal əsər dünyanın müxtəlif ölkələrində keçirilən 140-dan çox sərgidə nümayiş etdirilib.

Ağagül Mürsəlov,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*