Fransada neonasistlər məscidi TƏHQİR ETDİLƏRbackend

Fransada neonasistlər məscidi TƏHQİR ETDİLƏR

Fransada neonasistlər məscidi təhqir ediblər

KONKRET.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb. Məlumata görə, Orne departamentinin Fler kommunasında yerləşən Fransa-Türkiyə məscidinin divarlarında anti-islam və neonasist yazıları peyda olub.

Məscidin divarlarında “İslam, Avropadan get!” şüarları yazılıb və “Şarleman diviziyası” (Nasist Almaniyasının SS qoşunlarının birləşməsi) sözləri yazılıb.

Hadisədən sonra təhlükəsizlik qüvvələri ibadət ocaqlarında patrul əməliyyatlarını gücləndirib.

Fransanın daxili işlər naziri Jerald Darmanin hadisəni pisləyib və istintaqa başlanıldığını bildirib.

Fransa AB-də müsəlmanların ən çox əhalisi olan ölkədir. Burada müsəlmanların dini azadlıqları daima islamofoblar və dünyəvilər tərəfindən ayrı-seçkiliyə və hücuma məruz qalır.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*