Fransada “sarı jiletlilər” fəallaşdı – Polislə etirazçılar üz-üzəbackend

Fransada “sarı jiletlilər” fəallaşdı - Polislə etirazçılar üz-üzə

Fransanın paytaxtı Parisdə “sarı jiletlilər” aksiyasının ildönümü ilə əlaqədar etiraz aksiyaları başlayıb.

KONKRET.AZ xəbər verir ki, polis etirazçılara qarşı gözyaşardıcı qaz və tüstü şaşkaları tətbiq edib.

Aksiya zamanı azı 16 nəfər saxlanılıb. Bir neçə metro və dəmiryol stansiyası bağlanıb.

Etirazçılar aksiyanın iki gün davam edəcəyini bildirib.

Qeyd edək ki, “sarı jiletlilər” aksiyası ilk dəfə ötən il noyabrın 17-də yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq keçirilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*