“Fransanın islamofobiya siyasətindən danışdım, ölkəyə girişimə qadağa qoyuldu” – Şirkət direktorubackend

"Fransanın islamofobiya siyasətindən danışdım, ölkəyə girişimə qadağa qoyuldu" - Şirkət direktoru

Fransanın islamofobiya siyasətindən danışdığım üçün ölkəyə girişimə qadağa qoyuldu.

KONKRET.az xəbər verir ki, bunu “CAGE İnternational”ın idarəedici direktoru Muhammad Abdur Rabbani “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” adlı beynəlxalq konfransda panel müzakirəsində çıxışı zamanı deyib.

“Fransanın islamafobiya siyasətindən bəhs edən təşkilatlar qapadılır. Fransada müsəlmanların hüquq yoxdur ki, ictimai-siyasi məsələlərdə iştirak etsinlər. Fransa müsəlmanları sıxışdırır və bu, qəbuledilməzdir. Fransa Daxili İşlər Nazirliyi açıq-aydın bəyan edir ki, müsəlmanlara qarşı ciddi işlər görəcəklər. Fransa siyasəti getdikcə avtoritarlaşır, ciddiləşir”, – deyə o bildirib.

Qeyd edək ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci il dönümünə həsr olunan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfrans keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*