FTX Solovyova sui-qəsdin QARŞISINI ALDIbackend

FTX Solovyova sui-qəsdin QARŞISINI ALDI

Rusiyalı təbliğatçı və jurnalist Solovyova sui-qəsdin qarşısı alınıb.

KONKRET.az Rusiya mediasına istinadla xəbər verir ki, FTX Rusiya Federasiyasında fəaliyyəti qadağan edilmiş neonasist terror təşkilatının Vladimir Solovyovun qətlini planlaşdıran bir qrup üzvünü saxlayıb.

Axtarışlar zamanı evdə hazırlanmış partlayıcı qurğu, 8 ədəd evdə hazırlanmış “Molotov kokteyli”, 6 “PM” tapançası, kəsilmiş ov tüfəngi, 1 ədəd RQD-5 qumbarası, 1000-dən çox patron, narkotik vasitə, saxta Ukrayna pasportları, millətçi ədəbiyyat və əşyalar götürülüb.

Hazırda qrup üzvləri izahat verir. Onlar qətli törədəndən sonra  sonra xaricdə gizlənməyi planlaşdırıblar.

Deyilənə görə, sifarişi guya Ukrayna tərəfi verib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*