Futbol məşqçisi koronavirusdan öldübackend

Futbol məşqçisi koronavirusdan öldü

İngiltərədə 48 yaşlı kişi koronavirusdan ölüb. 

KONKRET.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə İngiltərənin Hampshire ştatının Portsmut şəhərində qeydə alınıb. Futbol məşqçisi Dom Merriks, koronavirus əlamətlərindən şübhələndikdən sonra iki həftə karantində qalıb.

Bir müddətdən sonra o, sağalmağa başladığını düşünüb. Ancaq onun vəziyyəti anidən pisləşib. Nəfəs almaqda çətinlik çəkən məşqçi qızından pəncərəni açmağı xahiş edib. Elə bu vaxt o, huşunu itirərək yerə yıxılıb. Hadisə yerinə gələn həkimlərin səylərinə baxmayaraq, xəstə vəfat edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*