Avropa çempionatının ilk oyununda Ukrayna yığması Rumıniyaya 0:3 hesabı ilə məğlub olub.
KONKRET.az goal.com-a istinadla xəbər verir ki, görüş başa çatdıqdan sonra ukraynalı futbolçular baş məşqçi Sergey Rebrovun paltardəyişmə otağını tərk etməsini tələb ediblər.
Oyunçular mentorun iştirakı olmadan söhbət etmək qərarına gəliblər. SEO Xidməti
AVRO-2024-ün qrup mərhələsinin ikinci turunda Ukrayna millisi Slovakiya yığması ilə qarşılaşacaq. Bu mərhələnin son oyununda Rebrovun komandası Belçika ilə üz-üzə gələcək.
