Gədəbəydə jurnalistlərin saxlanılması xəbərinə RƏSMİ REAKSİYAbackend

Gədəbəydə jurnalistlərin saxlanılması xəbərinə RƏSMİ REAKSİYA

Sosial şəbəkələrdə Gədəbəyin Söyüdlü kəndi ərazisində çəkiliş apardığına görə jurnalistlərin polis tərəfindən saxlanması barədə məlumatlar yayılıb.

KONKRET.az-ın məlumatına görə, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib ki, bu məlumatlar həqiqətə uyğun deyil:

“Bildirmək istəyirəm ki, heç bir jurnalist saxlanılmayıb”.

Qeyd edək ki, Gədəbəydə jurnalistlər Nigar Mübariz, Nərgiz Absalamova və Elsevər Muradzadənin saxlanılması və Rayon Polis Şöbəsinə aparılması barədə məlumatlar yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*