2021-ci ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik məsələlərinə 4 milyarda yaxın vəsait ayrılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.
Qeyd edək ki, müdafiə və milli təhlükəsizlik məsələləri ümumi dövlət xidmətlərindən ( 16,7 faiz ) sonra ayrılan xərclərdə ikinci yerdə durur.
