Gələn ildən gedişhaqqları bahalaşacaqbackend

Gələn ildən gedişhaqqları bahalaşacaq

Almaniya üzrə avtobus, metro, tramvay, şəhərətrafı və regional qatarlarla səyahət üçün vahid aylıq bilet olan “Deutschlandticket”in qiyməti 2027-ci il yanvarın 1-dən 63 avrodan 66,80 avroya qalxacaq.

KONKRET.az xəbər verir ki, bu qərarı federal hökumətin və federal torpaqların nəqliyyat qurumlarının nümayəndələrindən ibarət koordinasiya şurası qəbul edib. Eyni zamanda biletin digər güzəştli versiyaları da bahalaşacaq: işəgötürənlərin işçilərinə qismən ödəyə biləcəyi Jobticket 63,46 avro, tələbələr üçün Semesterticket isə 40,08 avro olacaq.

Der Spiegel yazır ki, “Deutschlandticket”in qiyməti ilk dəfə siyasi danışıqlar nəticəsində deyil, xüsusi düstur əsasında müəyyən edilib. Bu düstur nəqliyyat şirkətlərinin xərclərinin, ilk növbədə əmək haqqı və enerji xərclərinin artımını nəzərə alır.

Hazırda “Deutschlandticket”dən təxminən 14,5 milyon nəfər istifadə edir. Bilet 2024-cü ildə istifadəyə veriləndə ayda 48 avro idi. Sonra qiymət 58 avroya, 2026-cı ildə isə 63 avroya qaldırılıb. BUND ekoloji təşkilatı yeni bahalaşmanı tənqid edərək bildirib ki, bu, yersiz vaxtda baş verir və ictimai nəqliyyatı sərnişinlər üçün daha az cəlbedici edə bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*