Gəncədə küçə itləri yaşlı qadına xəsarətlər yetirdibackend

Gəncədə küçə itləri yaşlı qadına xəsarətlər yetirdi

Gəncədə 71 yaşlı qadın bazar ərazisində küçə itlərinin hücumuna məruz qalıb.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində yerləşən yarmarka ərazisində qeydə alınıb.

Belə ki, bir neçə küçə itinin hücümuna məruz qalan Gəncə şəhər sakini, 1952-ci il təvəllüdlü Xəlilova Sədaqət Həsən qızı itlərin dişləməsi ilə müxtəlif bədən xəsarətləri alıb.

Zərərçəkmiş xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*