“Gənclərin əksəriyyəti yaxın təmas döyüşündə şəhid olmayıb” – Heydər Mirzəbackend

"Gənclərin əksəriyyəti yaxın təmas döyüşündə şəhid olmayıb" - Heydər Mirzə

“Şəhidlərin arasında gənc əsgərlərin olması çox adamın diqqətini cəlb edib”.

KONKRET.az xəbər verir ki, bu sözləri sosial media hesabında jurnalist Heydər Mirzə yazıb.

“Özüm orada olmamışam, səhv ola bilərəm. Amma döyüşlərin gedişatından göründüyü kimi artilleriyadan çox istifadə olunub. Düşünürəm ki, düşmən bizim arxa eşelonlarımızda olan bəzi hissələrimizə zərbələr endirə bilib. Gənc heyət itkiləri də bu səbəbdən ola bilər.

Təəssüflər olsun ki düşmən buna imkan tapa bilib, kəşfiyyatı da işləyib.

Amma məndə olan məlumata görə, gənclərin əksəriyyəti yaxın təmas döyüşündə şəhid olmayıblar. Əminəm ki komandanlıq müvafiq çıxarışlar edəcək”.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*