General yüksək vəzifəyə gətirildi – DSX-də yeni TƏYİNATbackend

General yüksək vəzifəyə gətirildi - DSX-də yeni TƏYİNAT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) iki generalı ehtiyata buraxılıb. Bu gün DSX sədrinin sabiq müavinləri general-leytenant Azad Ələkbərov və general-leytenant İsmayıl Əkbərov Dövlət Sərhəd Xidmətinin döyüş bayrağı ilə vidalaş­ıblar.

KONKRET.az xəbər verir ki, ehtiyata buraxılan rəis müavini, DSX-in Maddi-Texniki Təminat Baş idarəsinin rəisi, general-leytenant İsmayıl Əkbərovun yerinə artıq təyinat olub.

Belə ki, bu posta onun müavini vəzifəsində çalışmış, ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi alan Cavid Abdullayev gətirilib./Modern.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*