İranlı general Qasım Süleymaninin öldürülməsinin ardından ABŞ Prezidenti Donald Trampın 8 il əvvəl sələfi Barak Obama ilə bağlı “Twitter”də paylaşdığı mesaj gündəmə gəlib.
KONKRET.AZ xəbər verir ki, 2011-ci ilin 29 noyabrında Tramp sosial media hesabında “Yenidən seçilmək üçün Barak Obama İranla müharibə başladacaq” fikirlərini paylaşıb.
İran İnqilab Keşikçiləri Süleymaninin öldürülməsini də bu paylaşımla əlaqələndirir. Bildirilir ki, Tramp İranla münasibətləri prezident seçilmək üçün şüurlu şəkildə gərginləşdirir.
“Bugünkü qətl də Donald Trampın xüsusi planıdır”, – deyə qeyd olunur.
Hazırladı: Günel MUSEYİB
