ABŞ-da Google-a qarşı açılmış saysız-hesabsız iddialar artıq beynəlxalq səviyyədə də ciddi diqqət cəlb edir.
KONKRET.az xəbər verir ki, “Financial Times” qəzetinin son təhlilində Vaşinqton rəhbərliyinin texnologiya nəhənginə qarşı qəbul etdiyi antiinhisar qərarlarının Avropa üçün də açıq xəbərdarlıq olduğu vurğulanıb.
Hesabatda deyilir ki, texnologiya şirkətlərinin illərdir hökumətlərə və bazarlara göstərdiyi təzyiq artıq sona çatmalıdır.
Qlobal bazarlarda texnologiya nəhənglərinin hökmranlığına qarşı artan narazılıqlara daha bir səs də əlavə olunub. Massaçusets Texnologiya İnstitutunun (MIT) professoru və iqtisadiyyat üzrə 2024-cü il Nobel mükafatı laureatı Daron Acemoğlu “Financial Times” qəzetində dərc olunan məqaləsində ABŞ-ın Google-a qarşı verdiyi antiinhisar qərarını xatırladaraq Avropa İttifaqını da bu istiqamətdə addım atmağa çağırıb.
Aynurə İsmayıl
KONKRET.az