Goranboy rayonunda yanğın baş verdi – VİDEObackend

Goranboy rayonunda yanğın baş verdi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy rayonu, Goran qəsəbəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə KONKRET.az-a FHN-dən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yol kənarında baş vermiş yanğın geniş sahələrə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təxminən 500 kv.m. sahədə kol-kos və qamışlıq yanıb.

Ətraf ərazilər, o cümlədən, ağaclar yanğından mühafizə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*