ABŞ Prezidenti Donald Tramp siyasi məhbusların azad edilməsi müqabilində Rusiyaya qarşı tətbiq olunan sanksiyaların yumşaldılmasını dəstəkləyib.
KONKRET.az xəbər verir ki, bu barədə “The Atlantic” jurnalı məlumat yayıb. Jurnalın mənbələrinə istinadən yazdığına görə, ABŞ prezidentinə belə bir təkliflə Con Koul müraciət edib. Qeyd olunur ki, o, əvvəllər ABŞ-ın
Belarus üzrə xüsusi elçisi olub və orada oxşar strategiyanı artıq tətbiq edib, hazırda isə jurnal onu Şərqi Avropa üzrə xüsusi elçi adlandırır.
Müəllif Saymon Şusterin yazdığına görə, təşəbbüs hələ “erkən mərhələdədir”, lakin bu, Trampın Kreml ilə danışıqlarını Ukraynadakı həll olunmaz müharibənin hüdudlarından kənara çıxara bilər, ABŞ-a Rusiya nefti, dizel yanacağı, nadir torpaq mineralları və digər xammal malları üzrə sərfəli sazişlər bağlamaq yolu aça bilər, həmçinin Trampın Nobel Sülh Mükafatı uğrunda uzunmüddətli mübarizəsində mövqelərini gücləndirə bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az
