Bakıda yağış nə vaxta kimi davam edəcək?backend

Bakıda yağış nə vaxta kimi davam edəcək?

Bu gecə Bakının və Abşeron yarımadasının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Sabah səhər isə yağıntılar kəsiləcək. Oktyabrın 1-də əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturunun 22-26 dərəcə isti olacağı gözlənilir.

KONKRET.az xəbər verir ki, bu barədə Azərtac-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.

O, həmçinin bildirib ki, bölgələrdə bu gecə bəzi şərq rayonlarında yağıntıların güclənəcəyi, yüksək dağlıq ərazilərdə isə qara keçəcəyi ehtimalı var:

“Sentyabrın 30-u və oktyabrın 1-i gündüz saatlarında isə əsasən yağmursuz hava şəraiti müşahidə ediləcək. Havanın maksimal temperaturu Aran rayonlarında 25-29, dağlıq ərazilərdə 10-15 dərəcə isti olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*