Goranboyda hərbçilər qəzaya düşdübackend

Goranboyda hərbçilər qəzaya düşdü

Goranboy-Tərtər avtomobil yolunda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, Xan Qərvənd kəndi yaxınlığında “VAZ” markalı avtomobil aşıb. Nəticədə 1995-ci il təvəllüdlü Təbriz Fehruz oğlu Muradov, 1996-cı il təvəllüdlü Pərviz Novruz oğlu Muradov, 1987-ci il təvəllüdlü Rahib Miraləm oğlu Kərimov, 1983-cü il təvəllüdlü Elmir Rafiq oğlu Acilov və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 3-ü ambulator yardımdan sonra evə buraxılıb.

Hadisədə yaralanan şəxslərdən 4-nün hərbçi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*