Goranboyda hərbi maşın qəzaya düşdü – Xəsarət alanlar varbackend

Goranboyda hərbi maşın qəzaya düşdü - Xəsarət alanlar var

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndi ərazisində qeydə alınıb.

“QAZ-3308″ markalı avtomobil idarəetmədən çıxması nəticəsində yol kənarındakı dayanacağa, daha sonra “VAZ-21099” markalı minik maşınına çırpılıb. “QAZ 3308”-də olan 7 nəfər müxtəlif bədən xəsarətləri alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Qəzaya uğrayan “QAZ 3308”-in hərbi maşın olduğu bildirilir. Məlumata görə, xəsarət alanları hamısı hərbçidir.

Faktla bağlı araşdırma aparılır.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*