Goranboyda mikroavtobus aşdı – 4 ölü, 10-dan artıq yaralı var – YENİLƏNİBbackend

Goranboyda mikroavtobus aşdı - 4 ölü, 10-dan artıq yaralı var - YENİLƏNİB

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı mikroavtobusun aşması nəticəsində 4 nəfər ölüb, 10-dan artıq yaralı var.

Yaralanan sərnişinlər 1978-ci il təvəllüdlü Mahmudova Təzəgül Xaliqverdi qızı, 1999-cu il təvəllüdlü Həsənov Mehman Telman oğlu, 1966-cı il təvəllüdlü Həsənova Rəna Kamal qızı, 1972-ci il təvəllüdlü Əsgərov Elşad Abdulla oğlu, 1997-ci il təvəllüdlü Şahverdiyev Sovet Lətif oğlu, 2004-cü il təvəllüdlü Mahmudova Aytən Eyvaz qızı, 1988-ci il təvəllüdlü Əkbərova Aytən Hüseyn qızı, 1976-cı il təvəllüdlü Ağayeva Gülnarə Çərkəz qızı və 1999-cu il təvəllüdlü Bəşirova Rəna Camal qızıdır.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.

20:27

Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Ford” markalı mikroavtobusun aşması nəticəsində bir nəfərin öldüyü, 10-a yaxın şəxsin xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub. APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*