“Görünür, dəhlizlə bağlı şifahi razılaşma var”.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində “Ermənistan” fraksiyasının deputatı İşxan Saqatelyan deyib.
“Bu gün Ermənistan hakimiyyəti Azərbaycan qarşısında diz çöküb. Bundan istifadə edən Azərbaycan Ermənistanın qəti şəkildə təslim olmasına çalışır.
Yeri gəlmişkən, Nikol Paşinyan deyəndə ki, bir ölkə iki kapitulyasiya imzalaya bilməz, o, xalqı ələ salmağa davam edir. Görünür, Zəngəzur dəhlizi ilə bağlı şifahi razılaşma var… O qalsa, dövlətçiliyin son itirilməsinə qədər 2-ci, 3-cü, hətta 4-cü sənədə imza atacaq. Axı o, iki il əvvəl bu gün, bu saatlarda Şuşada döyüşlərin davam etdiyi, biz qalib gələcəyimiz barədə statuslar yazıb, eyni zamanda Əliyevlə təslim olmaq barədə razılaşmanı müzakirə edib”, – deyə Saqatelyan bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
