Göyçayda toy təşkilatçısı cərimələndibackend

Göyçayda toy təşkilatçısı cərimələndi

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı toy mərasimində karantin rejimi qaydalarının pozulduğu aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Ləkçıplaq kəndində Müşviq Daşdəmirova məxsus evin həyətində keçirilən toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də iştirakçılardan bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən olunub.

Aşkarlanmış qayda pozuntuları ilə əlaqədar M.Daşdəmirov barəsində inzibati tənbeh tədbiri görülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*