Göyərtəsində 28 nəfərin olduğu Rusiya təyyarəsinin qəzaya düşdüyü yerdən VİDEObackend

Göyərtəsində 28 nəfərin olduğu Rusiya təyyarəsinin qəzaya düşdüyü yerdən VİDEO

Rusiya Fövqəladə Hallar Nazirliyi bu gün qəzaya düşmüş “An-26” tipli sərnişin təyyarəsinin axtarış prosesindən görüntülər yayımlayıb.

KONKRET.az “RİA Novosti”yə istinadən xəbər verir ki, axtarış vertolyotundan çəkilmiş videoda eniş zamanı təyyarənin çırpıldığı qayanı görmək mümkündür.

Kadrlarda, həmçinin toqquşmadan sonra təyyarənin parçalarının ətrafa səpələndiyi də yer alıb.

Qeyd edək ki, Petropavlovsk-Kamçatka-Palana reysi üzrə hərəkət edən təyyarənin göyərtəsində 6-sı ekipaj üzvü və 22-si sərnişin olmaqla 28 nəfərin olduğu bildirilir. Qəza nəticəsində sağ qalan olmayıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*