Göygöldə “KAMaz” minik avtomobili ilə TOQQUŞDUbackend

Göygöldə “KAMaz” minik avtomobili ilə TOQQUŞDU

Göygöl rayonu ərazisində ağır yol qəzası baş verib, bir nəfər ölüb, üç nəfər xəsarət alıb.

KONKRET.az xəbər verir ki, hadisə Göygöl-Toğanalı-Kəlbəcər yolunun Hacıkənd qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “VAZ-21015” markalı avtomobilin “KAMaz” markalı yük maşını ilə toqquşması nəticəsində bir nəfər ölüb, 1998-ci il təvəllüdlü Tahirli Xalay Malik oğlu, 1998-ci il təvəllüdlü Məmmədov Bayram Vəli oğlu və onların həmyaşıdı Hüseynli Elgün Mübariz oğlu xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*