Gözünün içərisini qaraya boyamaq istədi, kor oldubackend

Gözünün içərisini qaraya boyamaq istədi, kor oldu

Polşada dəhşətli hadisə baş verib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Aleksandra Sadovska adlı qadın özünü gözünün içərisini qara rəngə boyayan reperə oxşatmaq istəyib. Bunun üçün o, tatu ustasına gedərək gözünün içərisini qara rəngə boyamasını istəyib.

Bir qədər zaman keçdikdən sonra isə gənc qız görmə qabiliyyətini itirməyə başlayıb. Onun bir gözü görmə qabiliyyətini tamamilə itirib. Həkimlərin sözlərinə görə, bu problemin aradan qaldırılması mümkün deyil və gənc qızın digər gözü də yaxın müddətdə görməyəcək.

Özünü tanınmış reperə oxşatmaq istəyən qızın gözünü boyayarkən ciddi səhvlərə yol verdiyi məlum olan tatu ustası isə 3 il müddətinə azadlıqdan məhrum ediləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*