Güləş üzrə komandamız çempion OLDUbackend

Güləş üzrə komandamız çempion OLDU

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri davam edir.

KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, yarışın 2-ci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz xalça üzərinə çıxıb. Ülvü Qənizadə (72 kq) təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib – 5:1. Güləşçimiz 1/4 finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Qənizadə yarımfinalda norveçli Haavard Yorgenseni məğlub edib – 3:1.

Ancaq Ülvü finalda litvalı Kristupas Sleyvayla güləşməyib. Ayağından zədələndiyi həlledici görüşdə iştirak etməyən milli üzvü gümüş medalla kifayətlənib.

Beləliklə, millimiz reytinq turnirini 9 medalla başa vurub. 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən yığmamız 148 xal toplayıb.

Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla isə 3-cü olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*