Deyir “min dəfə eşitməkdənsə bir dəfə görmək yaxşıdır”. Milli Şuranın videotoplantısı haqqında çox eşitmişdim. Bir dəfə də görmək istədim. Feysbukda Şuranın son videotoplantısına baxdım. Baxdım və baxdığıma da peşman oldum. 7-8 nəfər yığışıb videotoplantıda eynən laqqırtı vururdu. Buna laqqırtı deməyə də adamın dili gəlmir.
Efirdə bir növ seksual söhbətlər gedirdi. Gültəkin Hacıyev Cəmil Həsənliyə deyir ki, “Cəmil bəy, yadınızdadır da inəyin əri məsələsi… Bakıdan gələn qonağa kənddə buğanı başa sala bilmirlər. Axırda qonaq deyir ki, “alə deynən inəgün ərüdü dəə…”
Və burda kollektiv qəhqəhələr gedir, başda Cəmil Həsənli olmaqla. Açığı, mənim bir vaxtlar Cəmil Həsənliyə bir tarixçi alim kimi hörmətim olub. Lakin onun son illər sərgilədiyi mövqeyi heç cür başa düşə bilmirəm. Lakin bu videokonfransa baxanda məşhur ifadə yadıma düşdü…
“Nə günlərə qaldın Balaş”… Gültəkin xanımın geniş auditoriya qarşısında söylədiyi bu küçə lağlağısı məndə ikrah yaratdı. Həm ona, həm də onunla həmfikir olanlara qarşı. Dedim ki, “dağıl a dünya, gör kimlər, bu xalqa ağıl öyrədir?! Gör kimlər, bu xalqın lideri olmaq istəyir. Xatırladım ki, Gültəkin xanımın efirdə buraxdığı bu birinci “quş” deyil .Ötən dəfə də həmfikirlərinə demişdi ki, “…toplantını elə vaxta salın ki, mən “Eşkiya dünyaya hökmdar olmaz” serialına rahat baxa bilim”.
Videotoplantıda məni təəssüfləndirən ikinci məqamsa Ramiz Yunusun dediyi fikirlər idi. Ramiz bəy deyir ki, Avropada bizim çıxışımızın əvvəlinin uzun olması qıcıq yaradır. Gəlin çıxışımızın girişini bir az qısa edək… Bu yerdə Gültəkin xanın yenə müdaxilə edir- “əvvəlindəki uzun nədi ki?” Hi..hihi.. Və bu yerdə Mirzə Cəlilin məşhur “Müsəlmanın siyasi söhbəti” felyetonu yadıma düşdü. Yüz il keçib, lakin heç nə dəyişməyib. Allah sənə rəhmət eləsin, Mirzə….
Surxay Atakişiyev
KONKRET.az
