ABŞ-ın Havay ştatının Maui adasında Milli Günəş Rəsədxanasına aid olan və Haleakala vulkanının 3 min metr yüksəkliyində yerləşən teleskop Günəşin ən detallı görüntülərini əldə edib.
KONKRET.AZ Türkiyə mediasına istinadən xəbər verir ki, alınan fotolarda Günəşin səthinin qızıl hissəciklərə bölündüyü görünür. Hissəciklərin hər birinin ölçüsü Fransanın ərazisi (640 min kvadrat kilometr) boydadır. İstiliyi isə 6000 dərəcədir.
Yüksək temperaturu olan bölgələr parlaq görsənir, aşağı temperaturda olan bölgələr isə qonşu hissəciklərlə kölgəli bir haşiyə yaradır.
Bu detallı görüntülərin Günəşin fəaliyyətinin daha dəqiq proqnozlaşdırılmasına kömək ediləcəyi gözlənilir.
KONKRET.AZ
