Günəşdə güclü partlayışlar başlayıbbackend

Günəşdə güclü partlayışlar başlayıb

Günəşdə iki həftəlik fasilədən sonra güclü partlayışlar yenidən başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyası “Telegram” kanalında məlumat verib.

Məlumata görə, Moskva vaxtı ilə saat 04 radələrində (Bakı vaxtı ilə saat 05:00-də – red.) ulduzun şərq kənarında M1.0 gücündə partlayış baş verib.

Bu hadisə 3-9 noyabr həftəsində pik həddə çatacaq uzunmüddətli günəş aktivliyinin artmasının xəbərçisidir. Ulduzun sol kənarında Yerə doğru iki güclü aktivlik mərkəzinin meydana çıxdığı müşahidə olunur.

Qeyd edək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*