Güneyli soydaşlarımızdan Şuşa və digər şəhərlərin coğrafi adlarının təhrif edilməsinə ETİRAZ – FOTObackend

Güneyli soydaşlarımızdan Şuşa və digər şəhərlərin coğrafi adlarının təhrif edilməsinə ETİRAZ - FOTO

Güneyli gənclər Azərbaycan şəhərlərinin coğrafi adlarının təhrif edilməsinə etiraz ediblər.

KONKRET.az İran mediasına istinadla xəbər verir ki, Tehran Bələdiyyəsinin prospekt və küçələrin Azərbaycan adlarını farsca adlara dəyişməsinin ardınca Tehranda yaşayan bir qrup güney azərbaycanlı qeyrətli gənc bu siyasətə etiraz olaraq lövhələrdən fars adlarını silərək həmin küçənin divarına Azərbaycan adını yazıblar.

Bu yaxınlarda Tehran bələdiyyəsi küçələrdən birinə “Şuşi” adını verib. “Şuşi” ermənilərin Qarabağdakı “Şuşa” şəhərinə qoyduğu erməni adıdır. Azərbaycana qarşı açıq düşmənçilik məqsədi daşıyan bu təxribat addımına etiraz olaraq, Tehranda yaşayan qeyrətli türk gəncləri şəhər bələdiyyəsinin divarına şanlı “Azərbaycan” adını həkk ediblər.

Qeyd edək ki, İran hökuməti bir əsrə yaxındır ki, türkofobiya, yerlərin və bölgələrin orijinal türk adlarının silinməsi siyasəti yürüdür və bu çirkin siyasətini hələ də davam etdirir.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*