Gürcü deputatlar Rusiyaya görə dalaşdılarbackend

Gürcü deputatlar Rusiyaya görə dalaşdılar

Gürcüstan parlamentinin “Aqmaşenebeli strategiyası” partiyasından olan Giorgi Vaşadze və “Xalqın gücü” fraksiyasının üzvü İrakli Beraya plenar əlbəyaxa dava ediblər.

KONKRET.az xəbər verir ki, dava Gürcüstanın “TV Pirveli” telekanalında canlı yayımlanıb.

Vaşadze hakimiyyəti Rusiya ilə birbaşa uçuşların bərpasına görə tənqid edib və onları Rusiya hakimiyyəti ilə dostluq etməkdə ittiham edib.

Deputat çıxışını bitirəndən sonra Beraya ilə aralarında mübahisə baş verib, ardınca əlbəyaxa dava başlayıb.

Onları parlamentin məhkəmə icraçıları ayırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*