Gürcüstanın İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti Azərbaycan və Ermənistan istiqamətində yeni avtomobil yollarının tikintisi ilə bağlı iki beynəlxalq tender üzrə maraq ifadə etmək müddətini uzadıb.
KONKRET.az xəbər verir ki, tenderlər üzrə müraciətlərin qəbulu üçün son tarix avqustun 14-dən 24-dək təxirə salınıb.
Söhbət Rustavi–Qırmızı Körpü və Algeti–Sadaxlı avtomobil yollarının tikintisi layihələrindən gedir.
Layihələr Gürcüstanın Azərbaycan və Ermənistanla sərhəd istiqamətlərində nəqliyyat əlaqələrinin inkişafı baxımından əhəmiyyət daşıyır.
Natiq Səlim,
KONKRET.az
